RU

Putin keçmiş baş nazirin nəvəsini vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin MDB İşləri üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) rəhbərliyində ciddi kadr dəyişikliyi edib.

Publika.az xəbər verir ki, Putinin imzaladığı fərmanla İqor Çayka agentliyin yeni rəhbəri təyin olunub.

Xatırladaq ki, İqor Çayka 2025-ci ilin mart ayından bəri bu qurumda rəhbər müavini postunu tuturdu. O, Rusiyanın keçmiş baş prokuroru Yuri Çaykanın oğludur və həm də tanınmış iş adamı kimi fəaliyyət göstərib.

Prezidentin digər fərmanı ilə 2020-ci ilin iyunundan Agentliyə rəhbərlik edən Yevgeni Primakov (Rusiyanın keçmiş baş nazir və xarici işlər naziri Yevgeni Primakovun nəvəsi - red.) vəzifəsindən azad edilib.

Qeyd edək ki, "Rossotrudniçestvo" Rusiyanın xaricdəki humanitar siyasətini və MDB ölkələri ilə əlaqələrini koordinasiya edən əsas dövlət qurumlarından biridir.

Избранный
17
publika.az

1Источники