RU

ABB Sahibkarlar Günü münasibətilə biznes müştəriləri üçün tədbir keçirib

Azərbaycan Beynəlxalq Bankı (ABB) 25 aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir təşkil edib. Görüşdə Bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib.

Tədbirdə iştirakçılara ABB-nin bizneslər üçün hazırladığı yeni məhsul və xidmətlər haqqında ətraflı məlumat verilib. Bankın müxtəlif layihələri, o cümlədən korporativ kart, İslam bankçılığı aləti olan “Murabaha” məhsulu, “Fayda biznes” loyallıq proqramı, Ticarət və Təchizat zənciri platformaları və Flydesk xidməti təqdim olunub. İş adamlarının sualları cavablandırılıb, tədbirin sonunda isə onlayn müsabiqə keçirilib və 10 qalib mükafatlandırılıb. 

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildən bəri hər il 25 apprel Sahibkarlar Günü kimi qeyd olunur. Bu gün ölkənin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyəri əks etdirir, biznes mədəniyyətini gücləndirir və iş adamlarına dəstək əhval-ruhiyyəsini artırır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
22
5
azerbaijan-news.az

9Источники