RU

Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyinə hücum etməkdə ittiham olunan şəxs məhkəməyə çıxarılacaq

Vaşinqton, 27 aprel, AZƏRTAC

Aprelin 25-də axşam saatlarında Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda “Hilton” hotelində təşkil olunan şam yeməyinə hücum etməkdə ittiham olunan Kol Tomas Allen bu gün federal məhkəməyə çıxarılacaq. AZƏRTAC-ın məlumatına görə, şübhəlinin odlu silahdan istifadə etmək və təhlükəli silahdan istifadə edərək federal məmura hücum etməklə bağlı maddələr üzrə ittiham olunacağı gözlənilir. Ona qarşı daha çox maddələr üzrə ittiham irəli sürülməsi istisna edilmir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
3
50
azertag.az

10Источники