RU

Banqkokda Azərbaycanın sədrliyi ilə keçirilən sessiyada nəqliyyat sahəsindəki təcrübəmiz təqdim olunub (FOTO)

Bakı.Trend:

Tailand Krallığının paytaxtı Banqkok şəhərində Azərbaycanınsədrliyi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və SosialKomissiyasının (UNESCAP) 82-ci sessiyası keçirilib. Tədbirdəölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, sessiyada Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin sektor müdiri Eltac Abbasov “Asiya və Sakit Okeanregionunda inklüziv nəqliyyat və əlçatanlıq: əldə olunan təcrübə vəgələcək istiqamətlər” mövzusunda çıxış edib. O, iştirakçılara şəhərnəqliyyatında əlaqəliliyin gücləndirilməsi, əlçatanlığınartırılması, rəqəmsallaşma və nəqliyyat planlaşdırılmasında məlumatəsaslı yanaşmaların tətbiqi istiqamətində həyata keçiriləntədbirlər haqqında ətraflı məlumat verib. İnteqrasiya olunmuşmobillik həllərinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi vəqərar qəbuletmə prosesində rəqəmsal alətlərin rolu xüsusivurğulanıb.

Həmçinin bildirilib ki, Azərbaycanın 2025 – 2026-cı illər üzrəBeynəlxalq Nəqliyyat Forumunda prezidentliyi çərçivəsində qəbuledilmiş əsas nəqliyyat siyasəti tövsiyələrindən biri şəhərmobilliyi və inklüziv nəqliyyatın təşviqinə həsr olunub. Buprioritetlərin UNESCAP gündəliyi ilə tam uyğunluq təşkil etdiyidiqqətə çatdırılıb.

Sessiyada inklüziv və dayanıqlı nəqliyyat sistemlərinin təşviqiistiqamətində regional tərəfdaşlarla əməkdaşlığın daha dadərinləşdirilməsinin önəmi vurğulanıb.

Banqkokda
Banqkokda
Banqkokda
Избранный
5
4
az.trend.az

5Источники