Bakı. Trend:
28 aprel saat 00:00-dan etibarən paytaxtın Müzəffər Nərimanovküçəsindən Araz küçəsinədək olan hissəsində ("Ulduz"metrostansiyası) nəqliyyat vasitələrinin hərəkətiməhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yoları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədəolacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaq, əvvəlcədənhərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməkxahiş olunur", - məlumatda qeyd olunub.