Bakı. Trend:
Baş nazir Əli Əsədov daxili yanacaq bazarında sabitliyin təminedilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qərar qəbulimzalayıb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisinəgətirilən aksizli malların yeni aksiz dərəcələri aşağıdakı kimiolacaq:
2710 12 413 0 | mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla,tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən azoktan ədədi ilə | 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31mart tarixinədək – 1,0 manat) |
2710 12 510 1 | mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla,tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktanədədi ilə | 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31mart tarixinədək – 1,0 manat) |
2710 19 421 1 – 2710 19 480 9 | digər qazoyllar, o cümlədən dizel yanacağı | 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31mart tarixinədək – 1,0 manat) |
Bununla da, 01 may 2026-cı il – 31 mart 2027-ci iltarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağıüzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manatsəviyyəsində müəyyən edilib.
Həmçinin, 01 may 2026-cı il tarixindən 31 mart 2027-ciil tarixinədək Aİ-92 markalı benzin və dizel yanacağının idxalınatətbiq olunan gömrük rüsumlarının dərəcəsi 0 faiz müəyyənedilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cıil 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201min ton yuxarı hədd müəyyən edilib.