RU

"Rusiya İran münaqişəsində vasitəçilik etməyə hazırdır" - Peskov

Rusiya İran ətrafındakı münaqişənin həlli və Yaxın Şərqdə sülhün təmin olunması üçün vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd olunub ki, Peskov jurnalistlərin suallarını cavablandırarkən Moskvanın tərəflər arasında mümkün danışıqlara dəstək verməyə hazır olduğunu deyib.

Məlumata görə, o, Rusiyanın hər iki tərəf üçün qəbul edilə bilən istənilən vasitəçilik xidmətini göstərməyə hazır olduğunu vurğulayıb.

Bildirilib ki, Peskov sülhün təmin olunması və hərbi əməliyyatların yenidən başlamasının qarşısının alınmasının əsas məqsəd olduğunu qeyd edib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
59
50
redaktor.az

10Источники