RU

Bu metrostansiyanın qarşısındakı yol təmirə BAĞLANIR

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakıaxtı.az xəbər verir ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən xahiş olunur:

• aparılan işlərə anlayışla yanaşsınlar; 

• əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Избранный
23
8
bakivaxti.az

8Источники