RU

Yaralılar daşınarkən zərbə: Hizbullah dronunun İsrail hərbçilərini vurma anı - Video

Livanın cənubunda yaralı İsrail hərbçilərinin döyüş meydanından helikopterlə təxliyəsi zamanı xilasetmə qrupuna FPV-dronla zərbə endirilib.

Musavat.com xəbər verir ki, yayılan kadrlarda dronun təxliyə əməliyyatı aparan İsrail ordusunun xilasetmə komandasına doğru hərəkət etdiyi və hədəfə çatdığı an əks olunub. Videoda İsrail hərbçilərinin yaralıları helikopterə daşıdığı anda FPV-dronun helikopterin yaxınlığında olan hərbçilərin üzərinə düşərək partlayır.

İsrail ordusu daha əvvəl bu hadisə ilə bağlı açıqlama verərək, hücum nəticəsində bir hərbçinin öldüyünü, 6 hərbçinin isə yaralandığını etiraf etmişdi.


Musavat.com

Избранный
53
musavat.com

1Источники