RU

111 yaşlı kişi uzunömürlüyün sirriniBÖLÜŞDÜ

ABŞ-də yaşayan 111 yaşlı Luis Kano uzun və sağlam ömrün əsas qaydalarını bölüşüb.

Redaktor.az bu barədə "People" jurnalına istinadla xəbər verir ki, o, sadə həyat tərzinin uzunömürlülükdə mühüm rol oynadığını vurğulayıb.

1914-cü il 9 dekabr tarixində Kolumbiyada anadan olan Kano həyatında bir neçə mühüm mərhələ keçib. O, əvvəlcə Kolumbiya ordusunda xidmət edib, daha sonra avtobus parkını idarə edib. 1948-ci ildə Alisiya Anjelo ilə ailə quran Kano 1990-cı illərdə ailəsi ilə birlikdə ABŞ-yə köçüb.

Uzunömürlü kişi həyatının ən böyük nailiyyəti kimi məhz Amerikada qurduğu həyatı göstərir. Onun həyat yoldaşı 2004-cü ildə vəfat edib. Hazırda Kano iki övladı ilə yaşayır. Onun 11 nəvəsi, 5 nəticəsi və 2 kötücəsi var.

Luis Kano uzunömürlülüyün üç əsas sirrini belə açıqlayıb: spirtli içkilərdən uzaq durmaq, kifayət qədər yatmaq, siqaret çəkməmək.

Keçmişdə balıqçılıq və təyyarələrə maraq göstərən Kano indi daha çox vaxtını pəncərə önündə keçirir, göydə uçan təyyarələri izləyir və həyat haqqında düşünür.

Ailəsinin sözlərinə görə, o, yaşadığı ərazidə məşhur şəxsə çevrilib. Qonşular onun ad günündə ona hörmət əlaməti olaraq siqnal verirlər, şəhər meri isə dəfələrlə onu ziyarət edərək həyat və fəaliyyətinə görə xüsusi təbrik təqdim edib.

NURİYYƏ

Избранный
110
1
redaktor.az

2Источники