RU

Hansı qidalanma vərdişləri qocalmanı sürətləndirir? -AÇIQLAMA

Bəzi qidalanma vərdişləri insanın sağlamlığına və xarici görünüşünə mənfi təsir göstərərək qocalmanı sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Kaliforniyadakı (ABŞ) Qocalma Araşdırmaları İnstitutunun baş direktoru Erik Verdin, həkim-nefroloq Xayme Uribarri və Birminhem Universitetinin (Böyük Britaniya) qocalma kafedrasının dosenti Niharika Duqqal "The Guardian" nəşrinə verdikləri müsahibədə məlumat veriblər.

Alimlər əsas problemlərdən biri kimi gün ərzində fasiləsiz yemək vərdişini qeyd ediblər. Tez-tez qəlyanaltı etmək qanda qlükoza səviyyəsini yüksək saxlayır və hüceyrə böyüməsini stimullaşdıran insulin ifrazını aktivləşdirir. Verdinin sözlərinə görə, orqanizmin bərpa olunması üçün qidasız qaldığı zamana ehtiyacı var.

Uribarrinin fikrincə, digər bir faktor rafinə olunmuş karbohidratların və yüksək temperaturda bişirilmiş məhsulların artıqlığıdır. Belə qidalar iltihab proseslərini sürətləndirən, dərinin, damarların və daxili orqanların vəziyyətini pisləşdirən birləşmələrin yaranmasına səbəb olur. Alimlər əlavə ediblər ki, lif çatışmazlığı fonunda doymuş yağlar da zərərlidir: bu, bağırsaqların fəaliyyətini poza və immun sisteminin qocalmasını sürətləndirə bilər.

Xədicə BAXIŞLI

Избранный
48
1
redaktor.az

2Источники