ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında 70 yaşlı kişinin meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.