RU

"Şabaşla varlananların sonu faciə ilə bitir"

Aktyor Elcan Rəsulov toyda yığılan şabaşı haram pul adlandırıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Efirdən kənar" proqramında söz açıb. O bildirib ki, şabaşı içkili, ağlı başında olmayan adamlar verir:

 

"Şabaş yaxşı pul deyil. Bu şabaşı kim verir? Hədsiz içkili olan. İçib, nə cibindəki pulun sayını bilir, nə də meyxananı dərk edir. 10 dəfə eyni meyxananı deyin, eyni pulu çıxardıb verəcək. Ayıq vaxtı ikinci dəfədən deyəcək, təkrardır. Ona görə də şabaş pulu ilə yüksələn meyxana deyənlərin sonuna baxın: kasıblayıb ölən, faciəli şəkildə ölənlər.

Tarix: 27 Aprel 2026, 21:53   
Избранный
33
3
pravda.az

5Источники