RU

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çexiyanın yaşıl razılaşma ilə bağlı problemi var.

Axar.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

"Enerjiyə gəldikdə, biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa Birliyi Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da "ETS1", "ETS2" ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik, çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
41
axar.az

10Источники