RU

İran XİN: Danışıqlarda ölkənin maraqlarını təmin etməliyik

İranın xarici işlər naziri Abbas Əraqçi region ölkələrinə genişmiqyaslı səfərlərini davam etdirir. Nazir aparılan müzakirələrin əsas məqsədinin ölkənin milli maraqlarını və xalqın haqlarını qorumaq olduğunu bəyan edib.

Anadolu Agentliyi xəbər verir ki, Pakistan və Omandakı təmaslarını başa vuran A.Əraqçi Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb. O, burada Rusiya Prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrov ilə görüşəcək. Görüşlərin əsas mövzusu regional təhlükəsizlik, müharibə ilə bağlı son vəziyyət və iki ölkə arasındakı strateji əməkdaşlığın möhkəmləndirilməsidir.

İslamabaddakı görüşlərini “çox məhsuldar” adlandıran nazir İran və ABŞ arasındakı danışıqların gələcəyinə toxunub. O bildirib ki, bu danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi Pakistan rəsmiləri ilə ətraflı müzakirə olunub. A.Əraqçi vurğulayıb ki, 40 günlük müqavimətdən sonra İranın çıxarları müzakirə masasında mütləq zəmanət altına alınmalıdır.

Nazir Oman səfəri zamanı qlobal ticarət üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazına xüsusi diqqət ayırıb. O, bu boğazın təhlükəsizliyinin həm İran, həm də Oman üçün ortaq məsuliyyət olduğunu qeyd edərək, hər iki ölkənin mütəxəssislər səviyyəsində daimi məsləhətləşmələr aparacağını bildirib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
17
30
azerbaijan-news.az

10Источники