ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Amerikalı komiks yazıçısı Cerri Konvey 73 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marvel” saytında məlumat verilib.
“Cerri pop mədəniyyətinin özünü formalaşdıran heyrətamiz komiks ikonası idi. “Marvel” onu tanıyan və sevən hər kəsə başsağlığı verir”, - məlumatda deyilir.
Konvey 10 sentyabr 1952-ci ildə Bruklində anadan olub. O, 16 yaşında “Marvel” və “DC” üçün debüt nömrələrini yazıb. 1971-ci ilə qədər Konvey “Marvel: Daredevil”, “Iron Man” və “The Incredible Hulk” üçün hekayələr üzərində işləyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.