RU

İndi “Tottenhem”in maraq dairəsinə düşdü - “Barselona”da icarədə olab ingilisə

“Mançester Yunayted”in vingeri Markus Reşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Barselona”da icarə əsasında çıxış edən ingiltərəli futbolçu indi “Tottenhem”in maraq dairəsinə düşüb.

Reşfordun özü Kataloniya klubunda qalmaq istəyir. Ancaq “Barselona” rəhbərliyi “qırmızı şeytanlar”la transferin tam reallaşdırılması üçün maliyyə şərtlərində razılıq əldə edə bilmir.

Yaranmış vəziyyətdən “Tottenhem” faydalanmağa çalışır.

London təmsilçisi Premyer Liqada qalacağı halda, heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır və 28 yaşlı futbolçu bu məqsədlər üçün əsas namizədlərdən biri hesab olunur.

Bununla belə, onların Reşfordu razı salması asan olmayacaq.

Избранный
13
50
sportinfo.az

10Источники