RU

Natali Aleksanyana Bakıdan dəstək - “Doğru deyir...”

Yanvar ayında Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyanın bu ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşüb onun seçki kampaniyasına qoşulması həm Ermənistanda, həm də Azərbaycanda sərt qarşılanıb.

Xəbər verildiyi kimi, məşhur erməni bloger Natali Aleksanyan onların görüşünü sərt tənqid edib və Xaçaturyan barəsində ağır ifadələr işlədib: “Vaqif Xaçaturyan - Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o, Ermənistandadır və Robert Köçəryanla əl sıxır. Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalanlarını buraxmayın, onlar Ermənistan Respublikasının düşmənləridir!”

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Vaqif Xaçaturyanın hərəkəti erməni canilərin heç vaxt düzəlməyəcəyinin növbəti təsdiqidir: “Bu hadisə bir daha təsdiq edir ki, Vaqif Xaçatturyan kimi ermənilərə humanizm göstərməyin, onların düzələcəyinə ümid etməyin heç bir mənası yoxdur. Bunlar məqam düşən kimi əsl sifətlərini göstərirlər və Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlər. Bakıda dəmir barmaqlılar arxasında olanda özünü yazıqlığa vuran, Azərbaycanlılara qarşı cinayətlərindən peşman olduğunu deyib göz yaşı tökən Vaqif Xaçaturyan Azərbaycanın ona humanizm göstərib buraxmasından üç ay sonra Azərbaycan xalqının qatı düşməni Robert Köçəryana qoşuldu və Köçəryanın hakimiyyətə gəlməsini istədiyini nümayiş etdirdi. Bunları qətiyyən əfv eləmək olmaz. Biz əfv edirik gedib düşmənçiliklərini davam etdirirlər. Vaqif Xaçatuyanın hərəkəti onu sübut etdi ki, bu mənfur canlı sabah fürsət düşsə azərbaycanlılara 1992-ci ildəkindən daha amansız divan tutmağa hazırdır. Bunlar özlərinin daxilində də bir-birilərinə xəyanət edirlər. Onu Azərbaycan humanistlik göstərərək Nikol Paşinyanın xahişi ilə Ermənistana təhfil vermişdi. Xaçaturyan isə gedib Paşinyanın düşməni Köçəryana dəstək verir”.

Partiya sədri deyib ki, erməni bloger Natali Aleksanyan doğru deyir. Bakıda həbsdə olan hərbi canilərə qarşı humanist yanaşma olmamalıdır, onlar heç vaxt azad edilməlidir və Ermənistana verilməməlidirlər:
“Onların Ermənistana və ya başqa yerə ekstradisyası olmamalıdır. Həmin canilər sonadək Bakıda cəzalarını çəkməlidirlər. Hətta Azərbaycan Vaqif Xaçaturyanın cəzasını çəkməsi üçün Bakıya qaytarılmasına çalışmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
173
musavat.com

1Источники