RU

Erməni kəşfiyyatçı 2 ay müddətinə HƏBS OLUNDU

“Güclü Ermənistan” partiyasının üzvü Artur Avanesyan 2 ay müddətinə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

“Güclü Ermənistan” partiyasının təmsilçisi və kəşfiyyatçı Artur Avanesyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə partiyanın mətbuat katibi Marianna Kaqramanyan məlumat verib.

Artur Avanesyan özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və törətdiyi iddia olunan cinayət əməllərinə aidiyyəti olmadığını bildirir.

Qeyd edək ki, Avanesyan yaxın zamanda Karapetyanın komandasına qoşulub.

O, Qarabağdakı keçmiş qondarma qurumun “müdafiə ordusu”nda uzun illər xidmət edib və azərbaycanlılara qarşı əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
4
7
interpress.az

10Источники