RU

Pakistan kənarda qaldı: ABŞ–İran masasıni indi bu ölkə qurur

ABŞ və İran arasında danışıqlarda vasitəçilik balansı dəyişir, prosesdə yeni mərhələnin başladığı müşahidə olunur. Pakistanın təkliflərinin qəbul edilməməsi fonunda diqqət Moskvaya yönəlir.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Pakistana səfərindən sonra Rusiyaya gedərək Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Tehran Vaşinqtonla danışıqlarda öz maraqlarının qorunması üçün Moskvanın dəstəyinə ümid etdiyini açıq şəkildə bəyan edib.

ABŞ nəşri Axios-un məlumatına görə, Pakistanın Hörmüz boğazının açılması və blokadanın dayandırılması ilə bağlı təqdim etdiyi plan qəbul olunmayıb. Bu isə İslamabadın vasitəçilik rolunun zəiflədiyini göstərir.

Danışıqların dayanması qlobal bazarlara da təsirsiz ötüşməyib. Neft qiymətləri yenidən artaraq bir barel üçün 107 dollara yüksəlib. Fars körfəzində ABŞ-nin tətbiq etdiyi blokada davam edir və artıq 38 gəminin marşrutunu dəyişdiyi bildirilir.

Buna baxmayaraq, İranın məhdudiyyətləri qismən aşaraq gündəlik 4,6 milyon barelə qədər neft ixrac etdiyi bildirilir.

 

Musavat.com

Избранный
15
50
musavat.com

10Источники