RU

Dünyanın ən uzun tiramisusunu hazırlayıb rekord qırdılar Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Londonda keçirilən kulinariya tədbirində dünyanın ən uzun tiramisu rekordu yenilənib.

“Qafqazinfo” xəbər verir ki, həftəsonu yüzə yaxın italiyalı aşpaz Çelsi Bələdiyyə Sarayında toplaşaraq, əvvəlki rekordu geridə qoyan nəhəng desert hazırlayıb.

Tiramisunun uzunluğu 440,6 metr olub. Bununla da 2019-cu ildə Milanda qeydə alınan 273,5 metrlik əvvəlki nəticə geridə qalıb.

Ginnesin Rekordlar Kitabının məlumatına görə, tiramisu tam şəkildə yerində hazırlanaraq yığılıb. Desertin hazırlanmasında 50 min ədəd “ladyfinger” peçenyesi və 3000-dən çox yumurtadan istifadə olunub.

Rekord cəhdi Ginnes nümayəndələri tərəfindən izlənilib və bazar günü rəsmi şəkildə təsdiqlənib.

Tədbirin təşkilatçılarından Mirko Riççi bildirib ki, tiramisu İtaliyanın dünyaya bəxş etdiyi ən möhtəşəm desertlərdən biridir. Onun sözlərinə görə, bu təşəbbüs Böyük Britaniyaya təşəkkür məqsədilə məhz Londonda həyata keçirilib.

Riççi əlavə edib ki, nəhəng desert Böyük Britaniya kral ailəsinin şərəfinə hazırlanıb və üzəri qızılı tac motivi ilə bəzədilib.

Aşpazlardan Karmelo Karnevale isə qeyd edib ki, rekordun qeydə alınması üçün tiramisunun hündürlüyü ən azı 8 sm, eni isə 15 sm olmalıdır.

Karnevale yaxşı tiramisunun sirrini belə izah edib: “Keyfiyyətli qəhvə, yaxşı krem və bu işi sevərək görmək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
3
qafqazinfo.az

10Источники