RU

Keçmiş məcburi köçkün: Otuz beş il yurdumuzun, evimizin üzünü görmədik

Otuz beş il yurdumuzun, evimizin üzünü görmədik.

"Report" xəbər verir ki, bunu Füzuli rayonundan olan keçmiş məcburi köçkün Qlavdiya Yusifova deyib.

"Füzuli rayonundan məcburi köçkün düşmüşdüm. Həmin vaxt 35 yaşımız vardı. Övladlarım azyaşlı idi.

Allaha şükür ki, yurdumuza qayıtmaq mənə də nəsib oldu. Allah Prezidentimizə uzun ömür bəxş etsin. Çox həyəcanlıyam, sevinirəm ki, evimə qayıdıram. Allaha şükür, bizə də qismət oldu, yurdumuza qayıdırıq. Qırmızı Bazar qəsəbəsinə köçürük", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınacaq.

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürüləcək.

Избранный
25
11
far.az

10Источники