RU

İsraildən Livana zərbə: 4 ölü, 51 yaralı...

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Livanın cənubunda İsrailin həyata keçirdiyi hava zərbələri insan tələfatına səbəb olub. Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrail tərəfindən Livanın cənubuna endirilən zərbələr nəticəsində azı 4 nəfər həyatını itirib. Ölənlər arasında bir qadının olduğu bildirilir. Nazirlikdən bildirililib ki, hücumlar nəticəsində 51 nəfər yaralanıb, onların arasında üç uşaq da var. İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasına rəğmən bölgədə vəziyyət gərgin olaraq qalır.

“Agence France-Presse” (AFP) agentliyinin məlumatına əsasən, aprelin 17-dən qüvvədə olan kövrək atəşkəs dövründə İsrail zərbələri nəticəsində Livanda azı 40 nəfər həlak olub. Ölənlərin böyük hissəsi mülki şəxslərdir.

Hazırda hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi və vəziyyətin monitorinqi davam edir.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
43
bakivaxti.az

10Источники