RU

Təcili tibbi yardım tələb edən qarın ağrısı növləri açıqlanıb

Ümumi praktikant Qasim Əhməd xəbərdarlıq edir ki, qarın ağrısı bəzi hallarda həyati təhlükəli vəziyyətlərin ilk siqnalı ola bilər. Onun sözlərinə görə, xüsusilə qəfil başlayan, çox kəskin və “yırtıcı” xarakterli ağrılar diqqətdən kənarda qalmamalıdır. Bu cür ağrılar bəzən böyük qan damarlarında qan dövranının pozulması ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, həkim bildirir ki, qarında şişkinlik, nəcisin keçməməsi və qusma kimi əlamətlər bağırsaq tıxanmasına işarə edə bilər. Bu vəziyyət vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.

Digər təhlükəli hal isə peritonitdir. Bu zaman ağrı o qədər güclü olur ki, insanın hərəkət etməsi, uzanması və ya rahat mövqe tapması çətinləşir. Belə simptomlar dərhal tibbi yardım tələb edir.

Bundan əlavə, qarın ağrısının nəcisdə qanla müşayiət olunması da ciddi xəbərdarlıq siqnalıdır. Bu hal bağırsaqların qan təchizatında problem olduğunu göstərə bilər.

Mütəxəssislər vurğulayır ki, bu cür əlamətlər müşahidə edildikdə vaxt itirmədən həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
10
27
e-saglam.az

10Источники