RU

Cənubi Sudanda təyyarə qəzası: 14 nəfər ölüb

Cənubi Sudanda təyyarə qəzası: 14 nəfər ölüb

Cənubi Sudanın mülki aviasiya idarəsi paytaxt Cuba yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğradığını bildirib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, "CityLink Aviation" şirkətinə məxsus "Cessna 208 Caravan" tipli təyyarə Yey şəhərindən Cubaya uçarkən havaya qalxdıqdan yarım saat sonra radarlardan itib.

Təyyarə paytaxtdan təxminən 20 km məsafədə yerə çırpılıb. Son məlumata görə, göyərtədə olan 13 sərnişin və 1 pilotun hamısı həyatını itirib. Ölənlərdən 12-si Cənubi Sudan, 2-si isə Keniya vətəndaşıdır.

Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub. İlkin ehtimala görə, dəhşətli qəzaya ərazidə görmə məsafəsinin həddindən artıq aşağı olması və əlverişsiz hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır, təyyarənin "qara qutusu"nun tapılması üçün işlər davam etdirilir.

Избранный
14
6
afn.az

10Источники