RU

Bu binalarda kombi ləğv edilir

Xəbər verdiyimiz kimi, mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.

Bu qərar necə tənzimlənəcək? Mərkəzi istilik sistemi və qazanxanalar nə dərəcədə effektiv olacaq?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza danışıb. O bildirib ki, bu qərar əsasən son dövrlərdə qaz sızmalarının və partlayışların artması ilə əlaqədar qəbul edilə bilər:

“Qazanxanalar yüksək texniki standartlara uyğun fəaliyyət göstərərsə, dövlət tərəfindən təmin edilən mərkəzi istilik sistemi daha etibarlı və səmərəli hesab oluna bilər. Bu halda həm aylıq ödənişlər daha stabil və əlçatan olar, həm də təhlükəsizlik baxımından risklər minimuma enər”.

Ekspertin sözlərinə görə, mərkəzi istilik sisteminin effektivliyi birbaşa onun idarə olunma keyfiyyətindən və texniki vəziyyətindən asılıdır:

Избранный
25
25
publika.az

10Источники