RU

Marko Rubio: İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam

Marko Rubio: İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam

ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə indiyədək heç bir birbaşa təmasının olmadığını bildirib.

AFN.az xəbər verir ki, o, tərəflər arasında ünsiyyətin əsasən vasitəçi yollarla həyata keçirildiyini deyib.

"Mən İranın xarici işlər naziri ilə heç vaxt danışmamışam. Onlar bizim adamlarla da nadir hallarda ünsiyyətdə olurlar", — deyə dövlət katibi vurğulayıb.

Rubio əlavə edib ki, son həftələrdə İslamabaddakı görüşlər fonunda bəzi birbaşa təmaslar olsa da, bunlar olduqca nadir və konfidensial xarakter daşıyır. Dövlət katibi həmçinin xatırladıb ki, İran sistemində uzun müddət amerikalılarla birbaşa danışıqlara qadağa qüvvədə olub və bu amil diplomatik prosesləri çətinləşdirir.

Ekspertlər Rubionun bu açıqlamasını Tehranla münasibətlərdə hələ də ciddi bir etimad probleminin qaldığının göstəricisi kimi qiymətləndirirlər. Hazırda iki ölkə arasında əsas kommunikasiya kanallarının İsveç və ya digər regional vasitəçilər üzərindən qurulduğu ehtimal edilir.

Избранный
30
50
afn.az

10Источники