Masallıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Şəbiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Qətl hadisəsi 2019-cu ilin aprel ayında Masallı rayonu ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı ailə-məişət münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Nicat Şəbiyevin apellyasiya şikayəti təmin edilməyib. (Pravda.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта