MAQATE rəhbəri nüvə fəlakəti risklərinin artdığı şəraitdə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin gücləndirilməsini vacib sayır...
Dünyada nüvə fəlakəti təhlükəsi Soyuq müharibə dövründən bəri görünməmiş səviyyəyə çatıb.
Poliqon xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) qüvvəsinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Qrossi qeyd edib ki, hazırkı nüvə sahəsində dünya qeyri-sabit qarşıdurma, daha çox iştirakçı, daha böyük risklər və daha az aydınlıqla üz-üzədir. MAQATE rəhbərinin fikrincə, NSYM atom enerjisindən dinc məqsədlərlə istifadəyə nəzarət üçün ən effektiv alət olaraq qalır.
Aprelin 27-də Nyu-Yorkda NSYM üzrə icmal konfransı açılıb. 1970-ci il müqaviləsi nüvə dövlətlərinin sayını beş ölkə ilə məhdudlaşdırır: Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin. Sənəd həmçinin digər iştirakçı ölkələrə öz nüvə silahlarını hazırlamağı qadağan edir.
Poliqon.info