RU

Makron Fransa üçün rüsvayçılıqdır: Belarusdan sərt ittiham

Avropa İttifaqı (Aİ) “xəstədir” və bəşəriyyət üçün təhlükə yaradır.

Publika.az xəbər verir ki, bu fikirləri Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Vadim Giqin “Vesti”yə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Aİ ölkələrində hakimiyyətdə “dəli insanlar” dayanır. Deputat bildirib ki, strategiya yalnız bir ola bilər - “maksimum dərəcədə sərt hərəkət etmək”:

“Bizim vəzifəmiz bunu açıq demək və Aİ-nin konkret ölkələrinə maksimum zərbə vurmaqdır. Fridrix Merts Almaniya üçün layiqli rəhbər deyil, Emmanuel Makron isə Fransa üçün rüsvayçılıqdır”.

Giqin Avropa dövlətləri ilə münasibətlərdə sərt və kəskin siyasətin tərəfdarı olduğunu vurğulayıb. O, bu yanaşmanı tibbdə cərrahların tətbiq etdiyi üsullarla müqayisə edib.

Избранный
34
50
publika.az

10Источники