RU

Qırğızıstanlı nazir: ŞƏT regionda təhlükəsizlik və sabitliyin etibarlı təminatçısıdır

BAKI, 28 aprel. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regionda təhlükəsizliyin və sabitliyin etibarlı qarantı rolunda çıxış edir.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclasının açılışında bildirib.

Onun sözlərinə görə, müdafiə sahəsində əsas prioritet qarşılıqlı etimadın gücləndirilməsidir:

“Biz inanırıq ki, yalnız açıq dialoq və fəaliyyətlərin proqnozlaşdırıla bilməsi vasitəsilə sülhü qoruyub saxlaya, xalqlarımızın təhlükəsizliyini uzun onilliklər boyu təmin edə bilərik”.

Избранный
31
24
teleqraf.com

10Источники