RU

AMB bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektoru üzrə növbəti mərhələdə həyata keçiriləcək tədbirləri müəyyənləşdirib.

APA-Economics” xəbər verir ki, AMB-nin 2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyətini açıqlayıb.

Hesabata əsasən, nəzarət sistemində risk əsaslı tənzimləmə modelinə uyğun olaraq nəzarət proseslərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sənəddə qeyd olunub ki, bank nəzarəti çərçivəsinin Bazel Əsas Prinsiplərinə uyğunluq səviyyəsinin artırılması məqsədilə uzunmüddətli likvidliyin idarə olunmasına dair yeni tələblər tətbiq ediləcək.

Bundan əlavə, bank rezolyusiyası üzrə qanunvericilik və normativ baza təkmilləşdiriləcək, eyni zamanda banklarda daxili kapital adekvatlığının qiymətləndirilməsi prosesi (ICAAP) üzrə tələblər hazırlanacaq və tətbiq prosesində banklara dəstək göstəriləcək.

Hesabata görə, bank sektorunda konsolidasiya edilmiş tənzimləmə və nəzarət yanaşmasının formalaşdırılması da prioritetlər sırasındadır.

Qeyri-bank kredit təşkilatlarının institusional potensialının gücləndirilməsi, onlar üçün alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi də planlaşdırılır.

Eyni zamanda alternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılması nəzərdə tutulur.

Mərkəzi Bankın planlarına “SupTech” (nəzarət texnologiyaları) həllərinin tətbiqi də daxildir.

Bununla yanaşı, İslam bankçılığı məhsullarına çıxış imkanlarının artırılması istiqamətində perspektivlərin müəyyən edilməsi, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, xüsusilə kənd təsərrüfatı şirkətlərinə maliyyə resurslarına çıxışın genişləndirilməsi hədəflənir.

Избранный
2
25
apa.az

10Источники