ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
ABŞ gündə təxminən 4 milyon barel neft ixrac edir - bu, ötən illə müqayisədə 3 faiz azdır. Azalma son dörd ildə ilk dəfə baş verib, baxmayaraq ki, daxili hasilat gündə rekord həddə - 13,6 milyon barelə çatıb.Modern.az xəbər verir ki, bu barədə ın “Energy Information Administration”un məlumatında bildirilib.ABŞ-dan neft idxalçıları arasında lider Niderland olub: il ərzində ölkə təxminən 419 milyon barel neft alıb ki, bu da ABŞ ixracının təxminən 10,7%-ni təşkil edir.Sonrakı yerlərdə Meksika (təxminən 398 milyon barel) və Kanada (324 milyon barel) qərarlaşıb.Digər iri alıcılar arasında Cənubi Koreya, Yaponiya, Çin və Hindistan da var.2025-ci ildə ABŞ neftinin əsas alıcıları (milyon barel):
Niderland — 418,75
Meksika — 398,14
Kanada — 323,65
Cənubi Koreya — 257,35
Yaponiya — 247,19
Çin — 237,78
Hindistan — 221,06
Braziliya — 132,59
Böyük Britaniya — 123,73
İspaniya — 95,11
2023-cü ildən etibarən Avropa ABŞ neftinin əsas istiqamətinə çevrilib. Bu, Rusiya neftindən imtina nəticəsində baş verib. Lakin 2025-ci ildə bu regiona ABŞ-dan ixrac təxminən 7 faiz azalıb - onun bir hissəsi OPEC ölkələrinin hasilat artımı ilə sıxışdırılıb.
Avropa daxilində dinamika qeyri-bərabər olub: Böyük Britaniya ən kəskin azalmalardan birini göstərib — idxal təxminən 35% azalıb, Niderland isə əksinə, alışları artıraraq ümumi enişi qismən kompensasiya edib.
ABŞ-dan Asiya və Okeaniyaya neft tədarükləri də azalıb, xüsusilə Çin və Sinqapur istiqamətində. Çinə ixrac ticarət ziddiyyətləri və Rusiya ilə İran mənşəli daha ucuz neftlə rəqabət fonunda kəskin azalıb. Eyni zamanda Hindistan və Yaponiya alışlarını artırıb ki, bu da region daxilində tələbatın qismən yenidən bölüşdürüldüyünü göstərir.
2025-ci ildəki azalmaya baxmayaraq, ABŞ neft ixracı tarixən yüksək səviyyədə qalır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.