RU

Dünyanın ən hündür 20 binası açıqlandı Siyahı

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ən hündür göydələnlərin inşası uğrunda rəqabət son onilliklərdə memarlıq sahəsinin ən diqqətçəkən tendensiyalarından birinə çevrilib.

Yeniavaz.com xəbər verir ki, Dubayda yerləşən və 828 metr hündürlüyə malik “Bürc Xəlifə” hələ də dünyanın ən hündür binasıdır.

Onun ən yaxın rəqibi Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən “Merdeka 118” göydələnidir. 679 metr hündürlüyündə olan bu göydələn liderdən təxminən 150 metr geri qalır.

Şaquli Şəhərsalma Şurasının 1 aprel 2026-cı il tarixinə açıqladığı siyahıya əsasən, dünyanın ən hündür 20 binasının böyük hissəsi Asiyada yerləşir. Xüsusilə Çin bu sahədə açıq üstünlük nümayiş etdirir və siyahıda digər ölkələrlə müqayisədə daha çox göydələnlə təmsil olunur.

Ekspertlər qeyd edir ki, Asiyanın bu sahədə liderliyi yeni deyil. Hələ 1998-ci ildə Kuala Lumpurda “Petronas Towers” istifadəyə veriləndə region qlobal liderliyə yüksəlmişdi.

Hazırkı reytinqdə ilk üçlüyə Dubay, Kuala Lumpur və Şanxay şəhərlərində yerləşən göydələnlər daxildir.

Dünyanın ən hündür 20 binası bunlardır:

“Bürc Xəlifə” (Dubay) – 828 metr;

“Merdeka 118” (Kuala Lumpur) – 679 metr;

“Şanxay Qülləsi” (Şanxay) – 632 metr;

“Məkkə Kral Saat Qülləsi” (Məkkə) – 601 metr;

“Ping An Maliyyə Mərkəzi” (Şencen) – 599 metr;

“Lotte Dünya Qülləsi” (Seul) – 554 metr;

“Dünya Ticarət Mərkəzi” (Nyu-York) – 541 metr;

“Guangzhou CTF Maliyyə Mərkəzi “(Quançjou) – 530 metr;

“Tianjin CTF Maliyyə Mərkəzi” (Tyantszin) – 530 metr;

“CITIC Qülləsi” (Pekin) – 528 metr;

“Taypey 101” (Taypey) – 508 metr;

“Şanxay Dünya Maliyyə Mərkəzi” (Şanxay) – 492 metr;

“Beynəlxalq Ticarət Mərkəzi” (Honq Konq) – 484 metr;

“Uhan Qrenlandiya Mərkəzi” (Uhan) – 475 metr;

“Mərkəzi Park Qülləsi” (Nyu-York) – 472 metr;

“Laxta Mərkəzi” (Sankt-Peterburq) – 462 metr;

“Vincom Landmark 81” (Hoşimin) – 461 metr;

“Birja 1062 (Kuala Lumpur) – 454 metr;

“Çansa IFS Qülləsi T1” (Çansa) – 452 metr;

“Petronas Əkiz Qüllələri” (Kuala Lumpur) – 452 metr.Onu da bildirək ki, Azərbaycanda hazırda ən hündür bina “Baku Tower” göydələnidir. Bakı şəhərində, Heydər Əliyev prospektində yerləşən bu binanın hündürlüyü 276 metrdir və 49 mərtəbədən ibarətdir. Bina həm də Cənubi Qafqazın ən hündür tikilisi hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, “Sea Breeze” yaşayış və istirahət kompleksində “Cipriani Tower” adlı binanın tikiləcəyi elan olunub. Planlaşdırılan bu binanın hündürlüyünün 323 metr olacağı gözlənlilir.Murad Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
2
yeniavaz.com

10Источники