RU

"Abşeron yarımadasında və Bakıda seysmik risk daha yüksəkdir"

BAKI, 28 aprel. TELEQRAF

"Abşeron yarımadasında və Bakı şəhərində seysmik risk daha yüksəkdir".

Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransda deyib.

O bildirib ki, Kiçik Qafqaz, Böyük Qafqaz və Talış dağları da seysmik aktivliyi ilə seçilir.

"Risklərin azaldılması üçün kompleks tədbirlərin keçirilməsi vacibdir. Əhalinin maarifləndirilməsi, mütəmadi təlimlərin keçirilməsi də riskin azaldılmasında rol oynayır", - o vurğulayıb.

Nazir müavini seysmik xəritələrin yaradılacağını, xəritənin əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasını əhatə edəcəyini bildirib.

Избранный
28
19
teleqraf.com

10Источники