RU

Ukrayna ordusu Belqoroda dron zərbəsi endirib, 3 nəfər ölüb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə vilayətinin rəhbəri Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, hücum nəticəsində üç mülki şəxs ölüb, daha üç nəfər, o cümlədən bir yeniyetmə yaralanıb.

Məlumata görə, dronlar vilayət ərazisində üç minik avtomobilinə zərbə endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
17
apa.az

10Источники