RU

Ukrayna cəbhə xəttində logistikada tapşırıqlarını robotlarla edəcək

Ukrayna 2026-cı ilin birinci yarısında 25000 yerüstü robot sisteminin təchizatı üçün müqavilələr imzalamaq niyyətindədir. Robotlardan cəbhə xəttində şəxsi heyətin yerinə logistika tapşırıqlarını yerinə yetirmək üçün istifadə edilməsi planlaşdırılır.

Herbiand.az bildirir ki, bu barədə Defense News xəbər verir.

Nəşrin məlumatına görə, satınalma həcmi 2025-ci ilin göstəricilərini iki dəfə üstələyir. Ukraynanın müdafiə naziri Mixail Fedorov Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki logistikasını tamamilə robot sistemlərinə keçirmək məqsədini açıqlayıb. O, həmçinin bildirib ki, təkcə mart ayında bu sistemlər 9000-dən çox təxliyə və təchizat missiyası yerinə yetirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
6
23
herbiand.az

10Источники