RU

Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
 
1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə rayonun Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Избранный
8
50
moderator.az

10Источники