ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dünən Lerik rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Astara rayon Motlayataq kənd sakini 27 yaşlı Həmzə Pənah oğlu Mirseyidzadənin idarə etdiyi “QAZ 66” markalı yük avtomobili onun özünə məxsus deyilmiş.
Belə ki, avtomobil təmiri ilə məşğul olan Həmzə qohumuna məxsus yük maşınını təmir etdikdən sonra onu sürərək yoxlamaq qərarına gəlib. Saat 12:30 radələrində o, avtomobilin texniki vəziyyətini yoxlayarkən Lerik rayonu Dəster kəndi ərazisində idarəetməni itirib və yük avtomobili aşaraq qəzaya uğrayıb.
H.Mirseyidzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Vətən müharibəsi iştirakçısı olan gənc 2 ay əvvəl ailə həyatı qurubmuş.
Faktla bağlı Lerik RPŞ-nin İstintaq qrupunda CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.