RU

Bakıda "Alıcı Missiyası" proqramı baş tutacaq

Bakı. Trend:

Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cuAzərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda,"InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida SənayesiSərgisində ilk dəfə olaraq "Hosted Buyer" (Alıcı Missiyası)proqramı təşkil olunacaq.

Trend xəbər verirki, “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”,“Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlərqatılacaq.

“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlərproqramı “Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində4 gün ərzində işgüzar proqram təqdim olunacaq. Proqrama beynəlxalqforumlar, panel müzakirələr, sahə üzrə təqdimatlar vəmaster-klasslar, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası KəndTəsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlarkeçiriləcək: 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, RisklərəQarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığıçərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE"Forumu, 5-ci Aqrobiznesin İnkişafı Forumudur.

Məqalədə:
Избранный
32
az.trend.az

1Источники