RU

Trampın Britaniya kralına qarşı bu hərəkəti ŞOKA SALDI: Görün nə edib… VİDEO KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniya monarxı Kral III Çarlz həyat yoldaşı ilə birlikdə 2007-ci ildən bəri ilk rəsmi səfərlə Vaşinqtona gəlib.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlz ilə görüşərkən onu çiynindən sığallayaraq salamlayıb və bununla kral protokolunu pozub.

Britaniya KİV-lərinin məlumatına görə, monarxın Ağ Evə rəsmi səfərinin ilk günü baş verən bu hadisə, kral ailəsi üzvləri ilə fiziki təmasın qadağası qaydasının pozulması hesab edilir.

Bədən dili üzrə ekspert Cudi Ceyms hesab edir ki, kralın çiyninə toxunmaq ABŞ prezidentinin siyasi jesti kimi də qiymətləndirilə bilər. Bundan əvvəl isə Tramp özünəməxsus güclü əl sıxması ilə diqqət çəkib. O, adətən qarşı tərəfin əlini özünə doğru çəkir.

Məlumat üçün bildirək ki, 2007-ci ildən sonra ilk dəfə həyata keçirilən bu dövlət səfəri 30 aprelədək davam edəcək. Kral III Çarlz və kraliça Kamilla ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqtona dördgünlük səfərə gəliblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

https://konkret.az/cloud/uploads/2026/04/clashreport-2048861764033434096-01-1.mp4

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
konkret.az

2Источники