RU

Ukraynanın hərbi xərcləri rekord həddə çatdı ÜDM in 40 faizi müdafiəyə yönəlib

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Stokholm Beynəlxalq Sülh İnstitutu (SIRRI) tərəfindən yayımlanan yeni hesabatda bildirilir ki, Ukraynanın 2025-ci ildə hərbi xərcləri tarixi maksimuma yüksəlib.

Hesabatda qeyd olunur ki, Ukraynanın müdafiə xərcləri ötən illə müqayisədə 20 faiz artaraq 84,1 milyard dollara çatıb. Bu isə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 40 faizinə bərabərdir. Bildirilir ki, hazırda Ukraynada bütün dövlət xərclərinin 63 faizi müdafiə sahəsinə yönəldilir.

Sənədə əsasən, Ukrayna hərbi xərclərin həcminə görə qlobal reytinqdə 7-ci yerə yüksəlib və artıq dördüncü ildir ki, hərbi xərclərin ÜDM-ə nisbətinə görə dünyada birinci yeri tutur. Hesabatda Rusiyanın da hərbi xərclərinin artdığı vurğulanır. Belə ki, 2025-ci ildə bu ölkənin hərbi xərcləri 5,9 faiz artaraq ÜDM-in 7,5 faizinə çatıb.

SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Lorenzo Scarazzato bildirib ki, 2025-ci ildə həm Rusiyada, həm də Ukraynada dövlət xərclərində hərbi xərclərin payı tarixdə ən yüksək səviyyəyə çatıb. O qeyd edib ki, müharibə davam edərsə, 2026-cı ildə də bu xərclərin artacağı gözlənilir. “Rusiyanın neft satışından gəlirləri artır, Ukrayna isə Avropa İttifaqından iri kredit gözləyir”, – deyə o vurğulayıb.

Hesabatda həmçinin göstərilir ki, 2025-ci ildə hərbi xərclərin ümumi həcminə görə ilk üçlükdə ABŞ (954 milyard dollar), Cin (336 milyard dollar) və Rusiya (190 milyard dollar) qərarlaşıb.

SIPRI qeyd edir ki, qlobal hərbi xərclər 2025-ci ildə də artmağa davam edib. Buna səbəb ölkələrin müharibələr, qeyri-müəyyənlik və geosiyasi gərginliklər fonunda silahlanmanı genişləndirməsidir. Xüsusilə Avropada xərclər kəskin artıb – region üzrə hərbi xərclər 14 faiz yüksələrək 864 milyard dollara çatıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
azpolitika.info

1Источники