RU

RoPax tipli “Zərifə Əliyeva” gəmi bərəsinin istismara verilməsindən 4 il ötür

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AZCON Holding şirkətlərindən olan ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür.

XQ xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)  məlumat yayıb.

Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il aprelin 28-də istismara verilən gəmi-bərə ilə indiyədək 681 səfər həyata keçirilib.

Bu səfərlər çərçivəsində 427 vaqon, 2 439 minik avtomobili, 25 226 yük avtomobili (TIR) və 23 330 sərnişin daşınıb.

“Zərifə Əliyeva” gəmi-bərəsi ilə daşımalar Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilir.

Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr olan gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir.

ASCO-nun bu gəmi-bərəsinin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
xalqqazeti.az

4Источники