RU

Yaşar Həmzəyev: Azərbaycan BƏT-in 10 fundamental normasını qəbul edib

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 10 fundamental normasını qəbul edib.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda sosial yönümlü idarəetmənin göstəricisidir:

"Bu, dövlət tərəfindən işçilərin təhlükəsiz və sağlam iş mühiti ilə təmin olunmasına göstərilən diqqətin təzahürü olaraq Beynəlxalq Əmək Təşkilatı tərəfindən yüksək qiymətləndirilir".

Избранный
29
far.az

1Источники