RU

İsrail ordusu Şərqi Qüdsdə ən azı 35 fələstinlini saxlayıb

İsrail ordusu Ər-Ram və Kəfr Aqab şəhərlərinə basqın edərək ən azı 35 fələstinlini saxlayıb.

Missiya.Az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA bu barədə məlumat yayıb.

Qüds qubernatorluğu bildirib ki, İsrail ordusu dronların müşayiəti ilə səhər tezdən reydlər keçirib, fələstinliləri evlərindən zorla çıxarıb və çoxsaylı evləri hərbi postlara çevirib.

Sosial mediada İsrail əsgərlərinin Ər-Ramda fələstinliləri həbs edərək, onları əlləri və gözləri bağlı şəkildə tək bir cərgədə dayanmağa məcbur etdiyini göstərən görüntülər yayılıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
31
missiya.az

1Источники