RU

Çexiya Avropada Azərbaycanin etibarlı tərəfdaşıdır Politoloq

ain.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çexiya Azərbaycan əlaqələri strateji tərəfdaş səviyyəsində uzun müddətdir davam edir. İki ölkə konfedensial strateji tərəfdaşlığı uzunmüddət davam etdirib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Xüsusilə, Ermənistan -Azərbaycan münaqişəsinə görə Avropa ölkələri Azərbaycana silah satışı embarqosu tətbiq edərkən Çexiya Azərbaycanla sıx hərbi -texniki əməkdaşlıq edib. Azərbaycana "DANA" özüyeriyən artilleriya qurğuları və digər silahlar satıb. Avropada Azərbaycanın etibarlı tərəfdaşı olub. Bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm sənədlər imzalanıb. Çexiyanın Baş nazirinin Azərbaycana səfəri məhz dostluq və strateji əhəmiyyətli səfər idi”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
2
adalet.az

3Источники