RU

Gənclər Kitabxanası akademik Zərifə Əliyevanın 103 illiyi ilə bağlı virtual kitab sərgisi hazırlayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Bu gün Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur. Bu münasibətlə Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli akademikin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamların tam mətni təqdim edilir. Materialda görkəmli şəxslərin Zərifə xanımın həyat və fəaliyyəti haqqında söylədikləri dəyərli fikirləri də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda akademik Zərifə xanımın müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar və dövri mətbuat nümunələri də öz əksini tapır. Virtual sərgidə “Bir ömrün imzası”, “Akademik Zərifə xanım Əliyeva və müasir aftalmologiya”, “Zərifə Əliyeva. Ziyarətə çevrilmiş ünvanlar”, “Əbədiyaşar məhəbbət”, “Ziyalılıq zirvəsi” kimi 20-dən çox kitabın və “Zərifə xanım Əliyevanın nurlu obrazı həmişə ürəyimizdədir”, “Akademik Zərifə Əliyeva öz tədqiqatları ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb”, “Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb”, “Zərifə xanım Əliyeva: zəka və zərifliyin təcəssümü” kimi dövri mətbuat məqalələrinin tam mətni yerləşdirilib.

Hazırlanan material kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
2
azertag.az

3Источники