RU

Keşlədə kollektorun üzərində tikilən evin sakinlərinə maddi yardım veriləcək

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsindəgüclü yağış nətisəində evləri yararsız hala düşən vətəndaşlaramaddi yardım göstəriləcək.

Trend-inməlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlifbölgələrində güclü leysan yağışları və yaranan sel sularınəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması iləbağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdiyaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Bakı Şəhər İcraHakimiyyətinə tapşırılıb.

Xatırladaq ki, sözügedən mənzil kollektor xəttinin üzərindətikildiyi üçün sökülmüşdü.

Избранный
62
3
az.trend.az

10Источники