RU

Afterşoklar bir müddət də baş verəcək - Qurban Yetirmişli

Bakı.Trend:

Aprelin 8-də Xəzərin cənubunda baş verən zəlzələnin 70 km-əqədər dərinliyi var idi və həmin parçalanma istər-istəməz laylararasında müəyyən pozuntular, parçalanmalar əmələ gətirib.

Trend xəbərverir ki, bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin başdirektoru, professor Qurban Yetirmişli jurnaliatlərə açıqlamasındadeyib.

O bildirib ki, bu parçalanma tektonik qırılma boyu gedir.

“Yerin daxilində dinamik hərəkətlər var və hərəkətlərnəticəsində belə xırda afterşoklar baş verir. Bu bir müddət də başverəcək, amma hiss olunan deyil. Təlaşa düşməyə ehtiyacyoxdur".

Q.Yetirmişli əlavə edib ki, Xəzər dənizində tez-tez zəlzələolmasının səbəbi yerin daxilində gedən proseslərdir.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники