RU

Məktəb direktorlarının işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

Sentyabr ayınadək direktor vəzifəsi vakant olan məktəblərin sayını sıfıra endirməyi hədəfləmişik.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, direktorların işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir: “Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək”.

Müxbir - Aysel Azadqızı

Videooperator Mirrəsul Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
8
azertag.az

10Источники